23 mart 2014 19:19
Georgi Çixradze: Futbolçular sona qədər mübarizə apardılar
“Simurq”un baş məşqçisi Georgi Çixradze PFL-in 27-ci turu çərçivəsində keçirilmiş oyunda komandasının səfərdə “Xəzər Lənkəran” üzərində 3:1 hesablı qələbəsini şərh edib. Azerispoirt.az xəbər verir ki, Çixradze bunları söyləyib:
“Komandaya qələbə görə təşəkkür edirəm. Futbolçular sona qədər mübarizə apardılar. Rəqib komandanın da oyunçuları bizimlə başabaş mübarizə apardı. Qol imkanlardan səmərəli istifadə etdik. Zaqataladan Lənkərana qədər gəlib bizi dəstəkləyən azarkeşlərimizə də təşəkkür edirəm”.
(PFL)
