23 mart 2014 19:11
Tərlan Əhmədov: Komanda zəif təsir bağışladı
AZAL-ın baş məşqçisi Tərlan Əhmədov PFL-in 27-ci turu çərçivəsində keçirilmiş oyunda komandasının öz meydanında “Bakı”ya 1:2 hesablı məğlubiyyətini şərh edib. Azerispoirt.az xəbər verir ki, Əhmədov bunları söyləyib:
“İlk hissənin 20-ci dəqiqəsinə kimi qol imkanlarımız oldu. Amma bundan sonra komanda zəif təsir bağışladı. AZAL-ın sükanı arxasında ilk oyunumdur. Qarşımızda duran məqsəd yerli gənc futbolçuları komandaya cəlb etmək və komandanın oyununu yaxşılaşdırmaqdır”.
(PFL)
