23 mart 2014 19:00
Milinko Pantiç: Hesab bundan da böyük ola bilərdi
“Bakı”nın baş məşqçisi Milinko Pantiç PFL-in 27-ci turu çərçivəsində keçirilmiş oyunda komandasının səfərdə AZAL üzərində 2:1 hesablı qələbəsini şərh edib. Azerispoirt.az xəbər verir ki, Pantiç bunları söyləyib:
“Qələbə qazandığımız üçün şadam. Hesab bundan da böyük ola bilərdi. Komanda ikinci hissədə bütün gücünü ortaya qoydu. Heyətdə üç gənc oyunçu var idi. Klubun prezidenti Hafiz Məmmədovun da qeyd etdiyi kimi, biz komandanı bünövrədən qurmağa başlamışıq. Komandamız gələcəkdə daha da yaxşı olacaq”.
(PFL)
