23 mart 2014 18:11
Yuri Syomin: Nəticə qanunauyğundur
“Qəbələ”nin baş məşqçisi Yuri Syomin TFL-in 27-ci turu çərçivəsində keçirilmiş oyunda komandasının öz meydanında “İnter”ə 1:4 hesablı məğlubiyyətini şərh edib. Azerispoirt.az xəbər verir ki, Syomin bunları söyləyib:
“Nəticə qanunauyğundur, “İnter” bu gün bizdən üstün oynadı. Bunun səbəblərindən biri əsas heyətdən bir neçə müdafiəçinin olmamasıdır. Bu dəfə rəqibə qarşı müdafiədə etibarlı oynaya bilmədik. Bundan əlavə “İnter” kubok oyunundan sonra fiziki baxımdan bizdən daha güclü oldu. Levinin daha öncə harada oynaması mənim üçün önəmli deyil. 0-1 hesabı ilə geri düşdükdən sonra hücumameylli oyunçunu meydana buraxdım. Bu nəticə ilə heç kim razı ola bilməz, nə mən, nə də azarkeşlər. Sabit çıxış etmirik, Kamran, Rafael və Nikola zədəlidir. Gənc futbolçulara şans verməli olduq. Nəticə qazanmaq üçün səbir etmək lazımdır. Əvəzetmədən oyuna daxil olan Leonardonun oyunu məni qane etmədiyi üçün onu əvəzlədim”.
(PFL)
