23 mart 2014 14:14
Namiq Yusifov: Premyer Liqa Kubokdan daha nüfuzlu yarışdır
“Qarabağ”ın yarımmüdafiəçisi Namiq Yusifov azerisport.az saytına müsahibəsində komandasının çempionluq qovhaqovundan, ölkə Kubokunda məğlubiyyətdən və mükafatlardan danışıb:
- “Qarabağ” son turlarda bir qayda olaraq, xallar toplayır. Yaxın izləyiciləri isə hər turda xallar itirir. Əgər hər şey bu axarda getsə, onda bir neçə turdan sonra çempionluğu vaxtından əvvəl bayram etmək olar?
- Qarşıda 10 tur və 30 xal var. Ən əsası isə, bu müsbət ənənəni öz rəqiblərimizlə oyunlarda davam etdirməkdir. Düşünürəm ki, bu halda bir neçə tur ərzində çempionluğa ümid edə bilərik. Ancaq özünüz başa düşürsünüz ki, bu rəqiblər bizə qarşı necə oynayacaq və bizə asan olmayacaq.

- Qarşıda yarışın autsayderi “Sumqayıt”la oyun var...
- Kubokdakı uğursuz çıxışı unudub qarşıdakı oyuna köklənmək lazımdır. Rəqibin statusuna baxmayaraq, biz əllərimiz yanımızda oynamayacağıq.

- Siz komandanın çempionluğu təqdirində futbolçuların kifayət qədər sanballı məbləğdə mükafat alacağı haqda, ötən həftə yerli KİV-də yayılmış məlumata yəqin, rast gəlmisiniz?
- Bu haqda ancaq KİV-də oxumuşam. Ancaq klubda belə bir söhbət olmayıb. Adətən bizdə mükafatlar haqda qabaqcadan danışmırlar. Ancaq KİV-də hallanan məbləğ, sözsüz, maraqlıdır (gülümsəyir). Böyük mükafatı kim istəməz? Əsası, çempionatı qazanmaqdır. Bu, indi hər şeydən vacibdir.

- Qəbələdə qolsuz bərabərlikdən sonra, siz öz meydanınızda 1:2 hesabı ilə məğlub oldunuz. Belə nəticəni gözləyirdiniz?
- Gözləmirdim. Oyuna pis başlamadıq. Topa nəzarət edirdik. Başa düşmürəm ki, niyə tələsirdik. Ancaq məşqçi bizə tam başqa göstəriş vermişdi. Rəqib xüsusi heç nə yaratmadı və iki standart vəziyyətdən sonra qol vurdu.

- Rəqib layiqli qələbə qazandı?
- Əgər qələbə qazandılarsa, demək, hər şey layiqlidir.

- Premyer Liqanın ötən üç oyununda “Qarabağ” “Qəbələ”dən doqquz xal alıb. Kubokun iki oyununda isə cəmi bir heç-heçə edib. Bəlkə komandanız daha çox çempionat haqda düşünür?
- Razı deyiləm. Ola bilsin ki, sıx təqvim komandanı oyunlarında əksini tapır. Bütün oyunları 100%-lə keçirmək olmaz. Bizim üçün Kubokda uğur, həmçinin, vacib idi.

- Bu halda, rəqib nə üçün qələbəyə belə can atırdı?
- Bu artıq başqa məsələdir. Ola bilsin ki, rəqib daha yaxşı toparlanmış idi. Aydındır ki, Premyer Liqa Kubokdan daha nüfuzlu yarışdır. Ancaq Kubokda məğlubiyyəti də heç kim istəmirdi.

- Digər tərəfdən, komandanın Kubokda mübarizəni dayandırması, çempionluq yarışına köklənməyə imkan verir.
- İki cəbhədə mübarizə, əlbəttə, daha çətindir. Ancaq yarımfinala çıxmaq, yaxşı olardı.