23 mart 2014 13:28
Cihan Özkara sabiq klubuna qarşı
Bu gün futbol üzrə Türkiyə Superliqasında 26-cı turun oyunları keçiriləcək. Azerisport.az xəbər verir ki, millimizin hücumçusu Cihan Özkaranın komandası “Sivasspor” səfərdə “Erciyespor”la qarşılaşacaq.
Xatırladaq ki, Özkara ötən mövsümdə icarə əsasında “Erciyespor”da çıxış edib.
Hazırda “Sivasspor” 36 xalla yarış cədvəlində 8-ci sırada qərarlaşıb.
