23 mart 2014 01:00
Subaşiç oynadı, sarı vərəqə aldı, komandası qazandı
Futbol üzrə Türkiyə Birinci Divizionunda 31-ci turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, futbolçumuz Branimir Subaşiçin komandası “Orduspor” öz meydanında “Boluspor”u qəbul edib və 1:0 hesablı qələbə qazanıb.
Subaşiç 72 dəqiqə meydanda olub və sarı vərəqə alıb.
Hazırda “Orduspor” 59 xalla yarış cədvəlində 2-ci sırada qərarlaşıb.
