22 mart 2014 11:33
Elhad Nəziri: Azərbaycana qayıtmaqla, həyatımın ən böyük səhvini etdim
“İnter”in və millimizin sabiq müdafiəçisi Elhad Nəziri Facebook səhifəsində Rumıniyada çıxış etdiyi “Petrolul”un sıralarından ölkəmizə qayıdışı ilə bağlı təəssüfünü dilə gətirib. Azerisport.az xəbər verir ki, futbolçu bunları qeyd edib:
“Azərbaycana qayıtmaqla, həyatımın ən böyük səhvini etdim. Uğursuzluqlarla hər bir futbolçu üzləşir. Allahın izni ilə pis günlər qoy arxada qalsın. Mən bədxahlarımı sevindirməyəcəyəm”.
