22 mart 2014 19:28
Elxan Məmmədov İtaliya futbol federasiyasının prezidenti ilə görüşdü
AFFA-nın baş katibi Elxan Məmmədov Roma şəhərində İtaliya Futbol Federasiyasının prezidenti Giancarlo Abete ilə görüşüb. Azerisport.az xəbər verir ki, görüşdə Azərbaycan və İtaliya milli komandaları arasında Avro-2016-nın seçmə mərhələsi çərçivəsində keçiriləcək ev və səfər oyunlarının təşkilati məsələləri ətraflı müzakirə olunub.
Xatırladaq ki, Avro-2016-nın seçmə mərhələsində İtaliya - Azərbaycan oyunu bu il oktyabrın 10-da, Azərbaycan - İtaliya qarşılaşması isə 2015-ci il oktyabrın 10-da keçiriləcək.
(AFFA)
