22 mart 2014 19:00
Yunisoğlunun komandası qələbə qazandı
Bu gün futbol üzrə Türkiyə Birinci Divizionunda 31-ci turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, futbolçumuz Saşa Yunisoğlunun komandası “Tekden Denizlispor” səfərdə “Manisaspor”la qarşılaşıb və 2:1 hesabı ilə qələbə qazanıb.
Yunisoğlu zədə səbəbi ilə oyunda iştirak etməyib.
Hazırda “Tekden Denizlispor” 34 xalla yarış cədvəlində 12-ci sırada qərarlaşıb.
