22 mart 2014 15:33
Bakı təyyarəçiləri vurmağa hazırdı
Sabah Azərbaycan Topaz Premyer Liqasının 27-ci turu çərçivəsində “Bakı” səfərdə AZAL-la qarşılaşacaq. Azerisport.az xəbər verir ki, bu gün komanda oyunöncəsi son məşqini keçirib.
11.10-da yüngül qaçış və isinmə hərəkətləri ilə başlayan hazırlıq, ardınca yerini əyləncəli oyuna buraxıb. Belə ki, mərkəz dairənin içinə cəmləşmiş futbolçular təkqaldı oynayıb. Şən əhval-ruhiyyədə davam edən “kvadrat” tapşırığından sonra “zolaqlılar” maneələri keçməklə, sürətli qaçış tapşırığını yerinə yetirib. Sonda ikitərəfli oyun da baş tutub. Rəmzi olaraq “göylər” və “sarılar”ın mübarizəsində birincilər (3:0) üstün olub.
Qeyd edək ki, icazəli olan Elvin Əliyev və dartılmış əzələsini müalicə etdirən Rauf Əliyev məşqdə iştirak etməyib. Qabırğasında əmələ gələn çatın bitişməsini gözləyən Əfran İsmayılov isə yüngül qaçışla kifayətlənib.

(Klub saytı)