22 mart 2014 15:22
Milinko Pantiç: Avrokuboklara düşmək üçün Premyer Liqada var gücümüzü qoymalıyıq
Sabah Azərbaycan Topaz Premyer Liqasının 27-ci turu çərçivəsində “Bakı” səfərdə AZAL-la qarşılaşacaq. Azerisport.az xəbər verir ki, bu gün oyunöncəsi son məşqini keçən komandanın baş məşqçisi Milinko Pantiç görüş haqda fikirlərini açıqlayıb:
“Əlbəttə, ölkə kubokunun 1/4 finalında “Rəvan”a yenilib mübarizəni dayandırmaq üzücüdür. Ancaq olanlar keçmişdə qaldı. Hər şeyə rəğmən, biz toparlanmalıyıq və AZAL-la oyunda qələbəni düşünməliyik. Bundan sonra Premyer Liqa qarşılaşmalarına var gücümüzü qoymalıyıq ki, avrokuboklara vəsiqə qazanaq. Sabah AZAL-ı yenə bilsək, 4-cü dövrədə 18 xal toplamış olacağıq. Bu isə əvvəlki dövrələrdəkindən daha yaxşı nəticə sayılacaq. Bütün çətinliklərə baxmayaraq, futbolçularımda ruh yüksəkliyi yaratmağa çalışıram. Mətbuatda Marius Penanın “qara siyahı”ma düşməsi ilə bağlı yazılanlara gəlincə, deyim ki, o, sabah mənimlə birgə olacaq. Bu cür fikirlərin mənası yoxdur. Hazırda müalicə alan Rauf Əliyevin xidmətindən isə “Simurq”la oyunda yararlana biləcəyəm”.

(Klub saytı)