22 mart 2014 13:31

Rail Məlikov: Mükafatları elan edəndə hamamda idim

“Qəbələ”nin müdafiəçisi Rail Məlikov azerisport.az saytının suallarını cavablayıb:
- Sabah komandanızı “İnter”ə qarşı çətin oyun gözləyir. Yarış cədvəlinin ilk üçlüyündə yerinizi qorumaq müyəssər olacaq ya eniş davam edəcək?
- “Qarabağ”a çatmaq heç kimə müyəssər olmayacaq. Bu halda, ikinci və üçüncü yer uğrunda “Qəbələ”, “Neftçi”, “Bakı” və “İnter” arasında ciddi rəqabət gedəcək. Yarış cədvəli nöqteyi-nəzərindən qarşıdakı oyunun bizim üçün nə qədər vacib olduğunu anlamaq çətin deyil.
- Ayağınıza nə olub?
- bir qədər şişib. Ümid edirəm ki, ciddi heç nə yoxdur.
- Siz ötən il aldığınız ciddi zədə səbəbi ilə uzun müddət oynamamısınız. Kubok uğrunda oynayacağınızı çətin ki gözləyirdiniz. Ancaq komanda yoldaşınızın zədələnməsi ilə meydana çıxmaq lazım gəldi. Hazır idiniz?
- Mən uzun müddət komanda ilə birgə məşq etmişəm. Ancaq buna rəğmən, oyun təcrübəm olmayıb. Düzünü deyim, meydana çıxmaq istəyirdim. Mənən buna hazır idim.
- Oyun haqda nə deyə bilərsiniz?
- Meydanda əsl mübarizə vardı. “Qarabağ”ı ancaq fədakar oyun sayəsində məğlub etmək olar. Düşünürəm ki, tamamilə layiqli qələbə qazandıq.
- Sizin meydana çıxmağınız uğurlu alındı. “Qəbələ” bu mövsümdə ilk dəfə “Qarabağ”ı məğlub edə bildi.
- Yəqin mənim qayıdışımı gözləyirdilər (gülür). Bir komandaya nə qədər məğlub olmaq olar? Əlbəttə, uğursuz silsiləni qırmaq istəyirdik. Biz rəqibi yaxşı təhlil etmişdik və düzgün futbol göstərdik.
- Yarımfinalda sizi “Xəzər Lənkəran” gözləyir. Bu mövsümün sözsüz liderini məğlub etmiş komanda, yəqin ki, artıq Azərbaycan Kubokunda qələbəyə ciddi köklənəcək.
- Buna tam haqqımız var. Nə üçün mövsümün iki titulundan birini qazanmayaq? Hamı bilir ki, “Qəbələ”nin titulu hələlik yoxdur. Düşünürəm ki, bu mövsüm klub tarixinə öz töhfəmizi vermək üçün yaxşı şansımız var.
- Oyundan sonra klub prezidenti Taleh Heydərov paltardəyişmə otağına gəldi və komandanı təbrik etdi. Mükafatın məbləği açıqlanıb?
- Bu zaman mən hamamda idim və heç nə eşitmirdim. Ancaq sonra mənə dedilər ki, rəhbərlik mükafatlarda səxavətli olacaq (gülümsəyir).

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.