22 mart 2014 01:31

Rəşad Sadiqovun Novruz sərgüzəştləri və ya sonra hara?

Bu günlərdə Rəşad Sadiqov “Neftçi”nin əvəzedici heyətinə göndərildi. Azeripsort.az xəbər verir ki, futbolçunun idman formasının aşağı səviyyədə olması, komandanın məşqçi qərargahını müvafiq addıma sövq edib.
Bununla da Sadiqovun burada idman formasını yığacağı niyyətini güdən komandanını məşqçi heyəti, futbolçu ilə vidalaşmaq fikrində olmadığını göstərdi. Digər tərəfdən, bu, Sadiqovun transferə çıxarılması haqda dolaşan söz-söhbətin əsassız olduğu anlamına gəlir.
Ancaq görünür vəziyyət belə qalmayacaq və Sadiqovun “Neftçi”dən ayrılacağı özünü çox gözlətməyəcək. Bir neçə mövsüm əvvəl Sadiqov kapitan sarğısını daşıdığı “Qarabağ”ı da tərk etmişdi. O zaman rəsmi təsdiqini tapmasa da, futbolçunun bu addımında komandanın baş məşqçisi Qurban Qurbanovla münaqişə şayiə olaraq dolaşırdı.
Deyəsən, oxşar vəziyyət təkrarlanır. Sadiqov əvəzedicilərlə məşq etmir. Məşqlərə gəlmir və bu da məşqçi qərargahında haqlı narazılıq doğurur. Bu əsnada isə “Flaqman”ın kapitan sarğısı Mahir Şükürova keçib.
Artıq Sadiqova “elçi” düşənlər də üzə-araya çıxmaqdadır. “Qarabağ”a qayıdış mümkünsüzdürsə, “gəmiqayıranlar”ın baş məşqçisi Mustafa Dənizli Sadiqovun xidmətində maraqlı olduğunu gizlətmir. Bu sevda baş tutsa, Sadiqov bir qatı rəqibi digərinə dəyişmiş növbəti futbolçu olacaq.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.