21 mart 2014 11:48
Namiq Yusifov: Böyük mükafatları kim istəməz?
“Qarabağ”ın yarımmüdafiəçisi Namiq Yusifov azerisport.az saytına açıqlamasında komanda üçün ümumi məbləği 3 milyon manat olan mükafat haqda şayiələri şərh edib:
“Bu haqda KİV-dən oxumuşam. Ancaq klubda belə söhbət olmayıb. Adətən, bizdə mükafat haqda qabaqcadan danışmırlar. Ancaq KİV-də hallanan məbləğ, qeyd-şərtsiz maraqlıdır (gülümsəyir). Kim böyük mükafat istəməz? Əsası, çempionatı qazanmaqdır. Bu, indi hər şeydən vacibdir”.
