21 mart 2014 20:33
Qəbələnin sabiq hücumçusu ABŞ çempionatında
“Qəbələ”nin sabiq hücumçusu Kollinz Con okeanın o tayına yollanıb. Azerisport.az xəbər verir ki, Con ABŞ çempionatında çıxış edən “Pittsbruq Riverxaunds” klubu ilə müqavilə bağlayıb.
Qeyd edək ki, 28 yaşlı Liberiya əsilli futbolçu buna qədər Polşanın “Piast” komandasında çıxış edirdi.
(ABŞ KİV-i)
