21 mart 2014 20:20
Cihan Özkara: Bu oyun mənim üçün ikiqat əhəmiyyətli olacaq
Millimizin hücumçusu Cihan Özkara komandası “Sivasspor”un “Erciyespor”a qarşı keçirəcəyi oyun haqda fikirlərini bildirib. Azerisport.az xəbər verir ki, hücumçu ötən mövsüm icarə əsasında “Erciyespor”da çıxış edib:
“Bu Kayseridən olan komandaya qarşı çox çətin oyun olacaq. Bu oyun, çempionatda bizim üçün dönüş nöqtəsi ola bilər. Ötən mövsüm “Erciyespor”da çıxış etdiyimi nəzərə alsaq, bu oyun mənim üçün ikiqat əhəmiyyətli olacaq. Əgrə baş məşqçi Roberto Karlos məni oyuna buraxmağa qərar verərsə, gücüm daxilində hər şeyi edəcəyəm”, deyə Cihan Özkara Türkiyə KİV-nə bildirib.
