Avropa Liqasında 1/4 final mərhələsinin püşkü atıldı
Bu gün Avropa Liqasında 1/4 final mərhələsinin püşkü atılıb. Azerisport.az xəbər verir ki, UEFA-nın İsveçrənin Nyon şəhərindəki mənzil qərargahında keçirilən püşkatma mərasimi zamanı yarımfinal uğrunda mübarizə aparacaq cütlüklər müəyyənləşib.
Qeyd edək ki, “kor püşk” adlanan bu mərasimdə Avropa Liqasında 1/4 finala vəsiqə qazanan aşağıdakı 8 klub öz rəqiblərini tanıyacaqdı:
Portu (Portuqaliya)
Benfika (Portuqaliya)
Valensiya (İspaniya)
Sevilya (İspaniya)
AZ Alkmaar (Hollandiya)
Bazel (İsveçrə)
Olimpik (Lion, Fransa)
Yuventus (İtaliya)
Püşkatma nəticəsində 1/4 final cütləri aşağıdakı kimi formalaşıb:
AZ Alkmaar - Benfika
Olimpik L - Yuventus
Bazel - Valensiya
Portu - Sevilya
Sonda onu da vurğulayaq ki, Avroliqada 1/4 finalın ilk oyunları aprelin 3-də, cavab görüşləri isə 10-da keçiriləcək.
