21 mart 2014 15:55
Qəbələnin heyətində iki itki var
“Qəbələ” TPL-in 27-ci turu çərçivəsində qarşılaşacağı “İnter”lə oyuna hazırlığını davam etdirir. Azeripsort.az kluba istinadən xəbər verir ki, “radarlar”ın düşərgəsində zədə səbəbi ilə Nikola Valentiç və İbrahima Niasse bu oyunda iştirak edə bilməyəcək.
Xatırladaq ki, oyun martın 23-ü 15:00-da Qəbələ şəhər stadionunda baş tutacaq.
