21 mart 2014 15:33
Azərbaycan çempionu UEFA-dan imtiyazlara almayacaq
“Sərhədçi” olimpiya idman mərkəzində apreldə keçiriləcək futzal üzrə UEFA Kuboku Dördlər finalı üçün yeni örtük quraşdırılacaq. Azerisport.az xəbər verir ki, yeni örtük aprel ayının 18-də quraşdırılacaq, komandalar bu örtüyü aprel ayının 22-də sınaqdan keçirə biləcək.
Beləliklə, Azərbaycan çempionu “Araz” da yeni örtük üzərində məşq edə bilməyəcək.
Xatırladaq ki, qitənin ən nüfuzlu qəniməti uğrunda çempionumuzla yanaşı, “Barselona” (İspaniya), “Dinamo” (Moskva, Rusiya) və titulun hazırkı sahibi “Kayrat” (Qazaxıstan) mübarizə aparacaqlar.
