Avropa Liqasında bütün 1/4 finalçılar bəlli oldu
UEFA Avropa Liqasında 1/8 final mərhələsinə yekun vurulub. Azerisport.az xəbər verir ki, cavab oyunlarının hamısı ötən gecə baş tutub.
Rusiyada yerli "Anji" "AZ Alkmaar"ı sınağa çəkib. Səfərdə rəqibinə minimal hesabla uduzan Mahaçqala təmsilçisi həmin məğlubiyyətin əvəzini çıxmağa çalışsa da, istəyinə nail ola bilməyib. Öz meydanında "Tottenhem"i qəbul edən "Benfika" heç-heçəyə razılaşsa da, ilk oyundakı qələbə sayəsində mərhələ adlayıb. Birinci oyunda darmadağınla qalib gələn Lion "Olimpik"i "Viktoriya"nın qonağı olub. Bu matçda Fransa təmsilçisi 1:2 hesabı ilə məğlub olmasına baxmayaraq, adını növbəti mərhələyə yazdırıb. "Yuventus" isə səfərdə "Fiorentina"ya minimal hesabla qalib gələrək 1/4 finala vəsiqəni təmin edib. İspaniya derbisində - "Betis" - "Sevilya" oyununda əsas hissə qonaqların 2:0 hesablı qələbəsi ilə başa çatıb. "Sevilya" ilk matçda eyni hesabla məğlub olduğundan əlavə vaxt oynanılıb. Hesab dəyişilmədiyi üçün penaltilər seriyasına ehtiyac duyulub. Bu seriyada daha dəqiq oynayan "Sevilya" (4:3) 1/4 finala yüksəlib.
Avropa Liqası
1/8 final (ilk oyunlar)
20 mart
Zalsburq (Avstriya) - Bazel (İsveçrə) - 1:2 (ilk oyun - 0:0)
Qollar: Soriano, 22 - Ştreller, 50, Sauro, 60.
Napoli (İtaliya) - Portu (Portuqaliya) - 2:2 (ilk oyun - 0:1)
Qollar: Pandev, 21, Sapata, 90 - Gilas, 69, Kuaresma, 76.
Betis (İspaniya) - Sevilya (İspaniya) - 0:2 (penaltilərlə - 3:4) (ilk oyun - 2:0)
Qollar: Reyes, 20, Karlos, 75.
Anji (Rusiya) - AZ Alkmaar (Hollandiya) - 0:0 (ilk oyun - 0:1)
Benfika (Portuqaliya) - Tottenhem (İngiltərə) - 2:2 (ilk oyun - 3:1)
Qollar: Qaray, 34, Lima, 90+5-pen - Şadli, 78; 79.
Viktoriya (Çexiya) - "Olimpik" (Lion, Fransa) - 2:1 (ilk oyun - 1:4)
Qollar: Kolar, 60, Teçl, 62 - Qomis, 45+3.
Fiorentina (İtaliya) - Yuventus (İtaliya) - 0:1 (ilk oyun - 1:1)
Qol: Pirlo, 71.
Valensiya (İspaniya) - Ludoqorets (Bolqarıstan) - 1:0 (ilk oyun - 3:0)
Qol: Alkaser, 59.
