21 mart 2014 14:33

Böyükağa Hacıyev: Qarabağ üç dəfə uduzsa, çempionluq mübarizəsinə qoşula bilərik

“Neftçi”nin baş məşqçisi Böyükağa Hacıyev azerisport.az saytına müsahibəsində Azərbaycan Kubokunda yarımfinala qazanılmış vəsiqədən, “Rəvan”la çempionat oyunundan, Rəşad Sadiqovla bağlı problemdən danışıb:

- “Neftçi” Azərbaycan Kubokunda yarımfinala vəsiqə qazandı. İndi komandanı finaldan bir addım ayırır...
- “Neftçi” hazırda yarımfinala vəsiqə qazanıb. Bizi ilk növbədə yarımfinal düşündürməlidir. Növbəti mərhələdə rəqib “Rəvan” olacaq. Bu görüşdə aşkar favorit yoxdur. Son aylar “Rəvan”da irəliləyiş hiss olunur. Bu komanda “Bakı”nı turnirdən kənarlaşdırdı. Penalti zərbələri ilə olsa belə, “Rəvan” bu gün yarımfinaldadır. Təəssüf ki, “Qarabağ” və “Bakı” kimi güclü komandalar kuboku tərk etdi. Bu onu göstərir ki, Azərbaycan Kubokunda istənilən nəticə qeydə alına bilər.

- Finala çıxsanız, kimi rəqib görmək istərdiniz?
- Bizim üçün fərqi yoxdur. Hələ finala vəsiqə qazanmamışıq. Amma, əgər finalda olsaq, ya “Qəbələ”, ya “Xəzər Lənkəran”la mübarizə aparacağıq. Bizim üçün arzuolunan ya arzuolunmayan rəqib yoxdur. Əsas odur ki, “Rəvan”la görüşə arxayin çıxmayaq. Bu komanda istənilən rəqibə başağrısı ola bilər.

- Bazar günü “Rəvan”la çempionat matçında görüşəcəksiniz. Demək olar ki, kubok ərəfəsində məşq olacaq...
- Çempionat matçı Azərbaycan Kuboku ərəfəsində əsas məşq olacaq. Bununla belə, “Neftçi” 3 xal qazanmaq istəyir. “Rəvan”la oyunda bizi yalnız qələbə razı sala bilər. Liderdən 10 xal geri qalsaq belə, mübarizəmizi sona qədər davam etdirəcəyik. Biz uduzmaq psixologiyasını yaxına buraxmamalıyıq. 

- “Qarabağ” 10 xal fərqlə irəlidədir. Çempionluq mübarizəsinə qoşulmaq üçün Ağdam təmsilçisi nə qədər xal itirməlidir?
- Çempionatın sonuna 10 tur qalıb. Biz heç bir rəqibin xal itirməsi barədə düşünmürük. Əsas, öz oyunumuzdur. Amma konkret suala gəlincə, “Qarabağ” 3 oyunda uduzsa, “Neftçi” qızıl medallar uğrunda mübarizəyə qayıda bilər. Aydın məsələdir ki, 10 xal az deyil. İddialı rəqiblər “Qarabağ”dan xal almağa çalışacaq. 3 oyunda uduzsalar bizlə yanaşı, “İnter”, “Qəbələ”, “Bakı” da mübarizəyə qoşulacaq.

- “Neftçi”də nə baş verir? Rəşad Sadiqovla məsələ nə yerdədir?
- Sadiqov komandanın kapitanı və lideridir. Son oyunlar sadəcə özünə bənzəmir. Buna görə də məşqçilər korpusu ona bir müddət əvəzedicilərlə məşq etməyi məsləhət gördü. Sadiqov öz oyununu bərpa etməklə yenidən əsas komandaya qayıda bilər. “Neftçi”nin kapitanı olmaq həm rəhbərlik, həm də futbolçular qarşısında məsuliyyət daşımaq deməkdir. Ona görə bu qərarı təəccüblə qarşılamaq lazım deyil. 

- Sadiqov əvəzedicilərlə məşq edir?
- Dəqiq məlumatlı deyiləm. Amma deyəsən, etmir. Bu, çox pis haldır. Rəhbərliyin və məşqçilər  korpusunun qərarı ilə razılaşmaq lazımdır.

- Melvin Platyenin transferi səhv qərar idi. Razısınız?
- Platye icarəyə verilib. Yaxşı futbolçudur. Onun təcrübəsinə qarşı çıxa bilmərik. Sadəcə, etiraf etmək lazımdır ki, “Neftçi”də özünü tapmadı. Bizim komandaya xeyri dəymədi. Bu isə transferin yanlış olduğunu göstərir. Platye öz yerini tutmağı bacarmadı.

- Yayda komandadan göndərilən futbolçular çox olacaq?
- Çempionat başa çatandan sonra klub prezidenti Sadıq Sadıqovun strategiyası ilə tanış olacağıq. Yeni mövsümün strategiyası ilə tanış olandan sonra, planlarımız məlum olacaq. Komandada hər zaman dəyişiklik olur. Ümidləri doğrultmayanlar klubda qala bilməz. İndidən konkret nə isə söyləmək, düzgün deyil. Bizi qarşıda 10 tur gözləyir. Amma heyətdə dəyişiklik olacaq.

- İcraiyyə Komitəsinin qərarına əsasən çempionatı heç bir klub tərk etməyəcək. Sizcə bu autsayderlərə daha rahat oynamağa imkan vermir?
- İcrakom qərarına münasibət bildirmək istəməzdim. Amma məhz bu qərarın çempionat başa çatandan sonra açıqlanmasını istərdim. İndiki halda hamı bilir ki, Premyer Liqanı heç kim tərk etməyəcək. Ona görə autsayderlər daha rahat oynayır və intriqa qalmır.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.