20 mart 2014 12:33

Dmitri Kruqlov: Rəvan favoritlərlə mübarizə apara bilər

“Rəvan”ın estoniyalı futbolçusu Dmitri Kruqlov azerisport.az saytına müsahibəsində ölkə Kubokunun dörddəbir final cavab görüşü çərçivəsində “Bakı” üzərində qələbədən (1:0, penaltilərlə: 9:8; ilk oyun: 0:1), növbəti rəqib “Neftçi”dən və TPL-ə qayıdışının səbəblərindən danışıb:
- Sizi yarımfinala çıxmanız münasibəti ilə təbrik edirik. Oyundan sonra hansı hisslər keçirirsiniz?
- Çox sağ olun. Sözsüz, xoş hisslərdir. Axı biz hər halda, qələbəyə nail olmuşuq. Futbolçularımız öz gücünə inandılar və nəticədə istəyimizə nail olduq.
- Yəqin, əvvəlcədən hər şeyi taleyin hökmünə buraxıb penaltilərə daşımaq istəmirdiniz...
- Rəqibə layiq olduğu qiyməti vermək lazımdır. Bu mənada ki, “Bakı” çox yaxşı, oynaya bilən komandadır. Belə rəqiblərə qarşı mübarizə aparmaq həmişə çətindir. Oyunda məqsədlərimizdən biri, əlbəttə, ilk oyunda öz meydanımızda buraxdığımız qolun əvəzini çıxmaq və qləbə qazanmaq üçün bütün gücümüzü vermək idi. Xoşbəxtlikdən, əziyyətlə də olsa, biz buna nail ola bildik.
- Kubokda və TPL-in növbəti turunda rəqibiniz “Neftçi” olacaq. Yerli çempionatda uzun müddət olmadığınızı nəzərə alsaq, bu rəqib haqda və ümumiyyətlə, digər klublar barəsində nə öyrənməyə macal tapmışınız?
- Həm “Bakı”, həm “Qarabağ” və bir qədər də “İnter”in oyunlarına baxmışam. Mahiyyətcə, xüsusi dəyişikliklər olmayıb. Aparıcı klublar elə həmin klublardır. Onlara qarşı oyunlar həmişə maraqlı və gərgin keçir. Bilirəm ki, “Neftçi”yə qarşı da bizə çətin olacaq.
- Etiraf edək ki, sizin Azərbaycana qayıtmağınız barədə söz-söhbət kifayət qədər gözlənilməz alındı.
- Sadəcə, mənim “Rəvan”dan başqa daha konkret təklifim olmayıb. Düzü, budur.
- Bu komandanın autsayder olmasının fərqində deyildiniz?
- Yox. Çünki, istənilən halda, mənim qarşımda seçim vardı: Estoniya və ya Azərbaycanda oynamaq. Sözsüz, Azərbaycan çempionatı daha güclüdür. Burada tamamilə eynigüclü altı-yeddi komanda mübarizə aparır. Ancaq indi “Qarabağ” oyununa görə ən güclüdür. Ancaq ağdamlılara qarşı da hamı oynaya bilir.
- “Rəvan”ın hazırkı liderlərlə mübarizə aparmaq gücündə olduğunu düşünürsünüz?
- Nə üçün də yox? Axı biz “Xəzər Lənkəran”ı da məğlub etmişik.
- Bəli. Ancaq lənkəranlılar heç də ən yaxşı formada deyillər və yarış cədvəlində yüksək pillələrdən heç birində qərarlaşmayıblar.
- Hər halda bu klub, Azərbaycanın ən yaxşı və varlı klublarından biridir. Mən hesab etmirəm ki, kimsə kimdənsə yuxarı və ya aşağıdır. Əlbəttə, təkrar edirəm, “Qarabağ” indi oyununa görə ən yaxşıdır. Ancaq məhz struktur, maliyyə və oyunçu seçimi baxımından, düşünürəm ki, digərləri geri qalmır.
- İndi artıq, mövsümün sonuna 10 tur qaldığı bir halda, çoxları bu mövsüm çempionluğu “Qarabağ”ın qazanacağı fikri ilə razılaşır. Bəs siz necə hesab edirsiniz?
- Ağdamlıların oyununda gördüklərim mənim çox xoşuma gəldi. Çox gücül hücumu və ifaçıları var. Ancaq bu, futboldur. Komanda mahiyyətcə, xallar qazanmalı olduğu rəqiblərlə oyunlarda, xallar itirməyə başlaya bilər. Bu, müəyyən sarsıntı yarada bilər. Əgər “Qarabağ” öz üstünlüyünü itirərsə, bu, öz günahı olacaq.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.