20 mart 2014 00:22
Tərlan Əhmədov AZAL rəhbərliyi ilə görüşüb
AZAL-ın yeni baş məşqçisi Tərlan Əhmədov klub prezidenti Zaur Axundov və vitse-prezident Fikrət Hüseynovla görüşüb. Azerisport.az xəbər verir ki, Axundov komanda qarşısında dayanmış əsas məqsədin böhrandan çıxmaq olduğunu dilə gətirib.
Tərəflər “təyyarəçilər”in növbəti mövsümə strategiyasını da müzakirə ediblər.
Xatırladaq ki, Tərlan Əhmədov komandaya iki gün əvvəl baş məşqçi təyin edilib. O, bu vəzifədən istefa vermiş Vaqif Sadıqovu əvəzləyib.
