Kubokda Rəvan fırtınası və ya Qarabağla Bakının sonu
Ötən gün futbol üzrə Azərbaycan Kubokunun 1/4 final mərhələsinin cavab oyunları keçirildi. Azerisport.az xəbər verir ki, artıq yarımfinalın bütün iştirakçıları məlumdu.
İlk qarşılaşmada "Bakı" və "Rəvan" komandaları üz-üzə gəldi. Səfərdə minimal hesablı qələbə qazanan Milinko Pantiçin komandası favorit sayılsa da, futbolun kağız üzərində yox, meydanda oynanıldığı bir daha özünü sübut etdi. Oyunun əsas vaxtında rəqib qapısından bir top keçirən Bayıl klubu əlavə vaxtda dəqiqələrdə nə top buraxdı, nə də ki, qol vurdu. Yarımfinalın ilk iştirakçısı penaltilər seriyasında müəyyən oldu və Güvənç Kurtarın yetirmələri növbəti mərhələyə vəsiqə qazanan tərəf oldu. Onu da xatırladaq ki, "Bakı" bu mərhələyə gəlmək üçün "Sumqayıt"ı (2:1), "Rəvan" isə "Qaradağ Lökbatan"ı (5:2) yenmişdi. Çempionatda heç bir iddiası olmayan "Rəvan" bundan sonra əsas diqqətini kuboka yönəltməlidi. Paytaxtın eyniadlı klubu isə Avropa arenasına vəsiqə üçün var gücü ilə Premyer Liqada döyüşə davam etməlidi.
Lənkəranda isə "Xəzər Lənkəran" və "Araz Naxçıvan" qarşılaşdı. 1-c divizion təmsilçisinin bu mərhələyə qədər gəlib çıxmasını da uğurlu nəticə hesab etmək olardı. Bu görüşdə Lənkəran klubu minimal hesablı qələbə qazanaraq növbət mərhələyə adlayan tərəf oldu. Demək olar ki, Mustafa Dənizlinin komandasının da Premyer Liqada heç bir iddiası yoxdu. Bu səbəbdən "ağ-yaşıllar" bütün gücünü kuboka saxlamalıdı. Əsgər Abdullayevin yetirmələri isə yeni mövsümdən Premyer Liqaya və kuboka hazırlaşmalıdı. "Araz Naxçıvan" "Ağsu" (1:0) və "Simurq"u (2:2; p: 4:2) yarışdan kənarlaşdırmışdısa, "Xəzər Lənkəran" "Neftçala"dan (4:0) üstün olmuşdu. Qeyd edək ki, komandaların Naxçıvanda baş tutan ilk oyununda qollu heç-heçə qeydə alınmışdı - 1:1.
Daha bir görüş Tofiq Bəhramov adına Respublika stadionunda baş tutdu. "Qarabağ" ilk oyunda qolsuz heç-heçəyə razılaşdığı "Qəbələ"ni qonaq etdi. Ağdam klubunun çempionatda liderliyini sürdürməsi, onların kuboka o qədər də önəm vermədiyini açıq göstərirdi. "Qırmızı-qaralar" isə mərhələ adlamağa daha çox istəkli idi. Bəlkə də məhz bunun məntiqi nəticəsi olaraq, Yuri Syominin yetirmələri 2:1 hesablı qələbə qazanaraq yarımfinala vəsiqəni təmin etdi. Artıq Qurban Qurbanov tam gücünü çempionata yönəldə bilər. "Qəbələ" isə hələ kubok arzularını davam etdirir. Maraq üçün xatırladaq ki, "Qəbələ" bu yarışda "Mil-Muğan"ı (2:1), "Qarabağ" isə AZAL-ı (1:0) kuboka həsrət qoymuşdu.
Günün son oyununda isə "Neftçi" öz meydanında "İnter"lə qaşrılaşdı. "Ağ-qaralar" ilk oyundan qollu bərabərliklə (1:1) döndüyündən üstün tərəf sayılırdı. Lakin "bankirlər" də bu görüşdə öz iddiasını ortaya qoymağa çalışırdı. "Bakcell Arena"da keçirilən görüşdə qolsuz bərabərlik qeydə alındığından növbəti mərhələyə Böyükağa Hacıyevin komandası vəsiqə qazandı. Kaxaber Sxadadze isə uğur qazanmaq üçün artıq bütün diqqətini çempionata yönəldəcək. Xatırladaq ki, "İnter" kubok uğrunda yarışda "Şuşa"nı (7:0), "Neftçi" isə "Kəpəz"i (1:0) yolundan kənarlaşdırmışdı.
Azərbaycan Kuboku
1/4 final (cavab oyunları)
BAKI - RƏVAN - 0:1 (penaltilərlə - 8:9) (ilk oyun - 1:0)
Qol: Elvin Həsənəliyev, 85.
Sarı vərəqələr: Lukas Mario Horvat, 56 (qeyri-idman hərəkəti); Etto, 58 (qeyri-idman hərəkəti) // Mişel Balokoq, 17 (qeyri-idman hərəkəti); Orxan Lalayev, 50 (qeyri-idman hərəkəti); Oke Akpoveta, 105 (fitdən sonra topa zərbə).
Hakimlər: Elvin Əsgərov, Rahil Ramazanov, Munis Abdullayev, Ramiz Məhərrəmov.
Əlavə köməkçi hakimlər: Ramil Diniyev, Alik Yunusov.
AFFA nümayəndəsi: Sakin Məmmədzadə.
Hakim-inspektor: Gülağa Cabarov.
Artırılan vaxt: I hissədə - 2 dəq.; II hissədə - 3 dəq.
19 mart 2014. “Bakı” FK-nın təlim-məşq bazasının stadionu. 300 tamaşaçı.
BAKI: 1. Aqil Məmmədov (k), 12. Etto, 3. Yure Travner, 5. Ruben Qonzales, 4. Mario Alvares, 31. Vüqar Mustafayev, 23. Lukas Mario Horvat (16. Xavyer Junior, 106), 22. Namiq Ələsgərov, 19. Marius Pena, 10. Aleksandar Soliç (15. Alberto Noquera, 64), 21. Elvin Məmmədov (8. Cavid Hüseynov, 80).
Ehtiyat oyunçular: 13. Edin Nuredinoski, 34. Şəhriyar Əliyev, 24. Georgios Pelagias, 20. Tural Qürbətov.
Baş məşqçi: Milinko Pantiç.
RƏVAN: 1. Lukaş Sapela, 21. Novruz Məmmədov (k), 4. Mitya Moreç, 16. Orxan Lalayev, 15. Dmitri Kruqlov, 40. Mişel Balokoq, 30. Cəmşid Məhərrəmov, 20. Miloş Adamoviç (10. Tyaqo de Souza, 75), 25. Ayaz Mehdiyev (7. Elvin Həsənəliyev, 78), 8. Julio Sezar (14. Xuan Manuel Varea, 84), 18. Oke Akpoveta.
Ehtiyat oyunçular: 85. Kamal Bayramov, 19. Hüseyn Axundov, 17. Ramazan Abbasov, 41. Kamil Kopunek.
Baş məşqçi: Güvenc Kurtar.
XƏZƏR LƏNKƏRAN - ARAZ NAXÇIVAN - 1:0 (ilk oyun - 1:1)
Qol: Etame Mbilla, 25.
Sarı vərəqələr: Elnur Abdullayev, 54 (qeyri-idman hərəkəti); Slavik Alxasov, 56 (qeyri-idman hərəkəti); Etame Mbilla, 72 (simulyasiya); Zohair Benouahi, 74 (qeyri-idman hərəkəti) - Ruslan Zubkov, 45+1 (qeyri-idman hərəkəti); İrfan Yuseyinov, 48 (qeyri-idman hərəkəti); Aleksandr Krustkeviç, 58 (qeyri-idman hərəkəti); Azər Məmmədov, 85 (qeyri-idman hərəkəti).
Hakimlər: Orxan Məmmədov, Knyaz Əmiraslanov, Cavanşir Yusifov, Teymur Fərhadov.
AFFA nümayəndəsi: Oqtay Abdullayev.
Hakim-inspektor: Əli Hüseynov.
Artırılan vaxt: I hissədə - 1 dəq.; II hissədə - 3 dəq.
19 mart 2014. “Xəzər Lənkəran” mərkəzi stadionu. 6300 tamaşaçı.
XƏZƏR LƏNKƏRAN: 19. Vyekoslav Tomiç, 2. Slavik Alxasov, 5. Tyeqo de Xesus, 6. Rasim Ramaldanov, 7. Sadio Tounkara (23. Nikola Qliqorov, 78), 8. Deyan Blajevski, 10. Elnur Abdullayev (42. Kamran Abdullazadə, 90), 14. Rahid Əmirquliyev (k), 20. Etame Mbilla, 27. Manuel Skarlatake, 30. Elias Ribeyro (11. Zohair Benuahi, 46).
Ehtiyat oyunçular: 1. Orxan Sadıqlı, 3. Vanderson Skarduelli, 12. Junior Nildo, 55. Ağabala Ramazanov.
Baş məşqçi: Mustafa Dənizli.
ARAZ NAXÇIVAN: 1. Emil Balayev, 2. Aleksandr Krutskeviç, 3. Əlimirzə Daşzərini, 6. Mikayıl Rəhimov, 9. İrfan Yuseyinov, 10. Eşqin Quliyev (k), 14. Azər Məmmədov, 17. Bəxtiyar Soltanov (25. Elgiz Kərimli, 90+1), 19. Tərlan Xəlilov, 20. Ruslan Zubkov, 21. David Janalidze (8. Elmin Çobanov, 81).
Ehtiyat oyunçular: 23. Rəşad Heydərov, 11. Fərid Quliyev, 15. Elgün Abbaslı, 22. Əziz Hüseynov, 94. Tural Hümbətov.
Baş məşqçi: Əsgər Abdullayev.
QARABAĞ - QƏBƏLƏ - 1:2 (ilk oyun - 0:0)
Qollar: Reynaldo Silva, 60 - Daniel Subotiç, 45+1, Viktor Mendi, 81.
Sarı vərəqələr: Maksim Medvedev, 70 (qeyri-idman hərəkəti); Vüqar Nadirov, 90+2 (qeyri-idman hərəkəti) - Dodo, 54 (rəqibi tutduğuna görə); Marat İzmaylov, 54 (hakimə etiraz etdiyinə görə); Anar Nəzirov, 90+1 (oyunun bərpasını gecikdirdiyinə görə); Lorenzo Ebesilio, 90+2 (qeyri-idman hərəkəti).
Hakimlər: Rəhim Həsənov, Elşən Acalov, Rza Məmmədov, Mahir Məmmədov.
Əlavə köməkçi hakimlər: Ramil Əhmədov, Vüsal H.Əliyev.
AFFA nümayəndəsi: Telman Əzizov.
Hakim-inspektor: Məlik Həsənov.
Artırılan vaxt: I hissədə - 1 dəq.; II hissədə - 4 dəq.
19 mart 2014. Bakı. Tofiq Bəhramov adına Respublika stadionu. 2000 tamaşaçı
QARABAĞ: 13. İbrahim Sehiç, 5. Maksim Medvedev, 6. Hacı Əhmədov (2. Qara Qarayev, 58), 7. Namiq Yusifov (k) (70. Çumbinyo, 46), 10. Muarem Muarem (9. Reynaldo Silva, 46), 17. Vüqar Nadirov, 20. Riçard Almeyda, 24. Admir Teli, 25. Ansi Aqolli, 41. Leroy Corc, 55. Bədavi Hüseynov.
Ehtiyat oyunçular: 1. Fərhad Vəliyev, 11. Ulrix Kapolonqo, 18. İlqar Qurbanov, 19. Jaba Dvali.
Baş məşqçi: Qurban Qurbanov.
QƏBƏLƏ: 30. Anar Nəzirov, 6. Vladimir Levin (k), 7. Marat İzmaylov, 9. Viktor Mendi, 10. Dodo, 14. Lorenzo Ebesilio, 16. Ruslan Tağızadə, 18. İbrahima Niasse (2. Rail Məlikov, 29), 31. Daniel Subotiç (22. Lourival Assis, 86), 46. Davron Erqaşov, 88. Müşfiq Teymurov (8. Nizami Hacıyev, 48).
Ehtiyat oyunçular: 27. David Petrkeviç, 19. Abdulvahid Afolabi, 34. Ürfan Abbasov, 42. Leonardo da Silva.
Baş məşqçi: Yuri Syomin.
NEFTÇİ - İNTER - 0:0 (ilk oyun - 1:1)
Sarı vərəqələr: Mirhüseyn Seyidov, 57 (qeyri-idman hərəkəti); Ernest Nfor, 69 (sistematik qayda pozuntusu); Erik Ramos, 87 (oyunun bərpasını gecikdirdiyinə görə); Denis Silva, 90+2 (qeyri-idman hərəkəti) - Brüs Abdulaye, 50 (qeyri-idman hərəkəti); Derlis Meza Kolli, 90+4 (qeyri-idman hərəkəti).
Hakimlər: Əliyar Ağayev, Vaqif Musayev, Zeynal Zeynalov, Fariz Yusifov.
Əlavə köməkçi hakimlər: Ömər Paşayev, İnqilab Məmmədov.
AFFA nümayəndəsi: Əsgər Əmirəliyev.
Hakim-inspektor: Xaqani Məmmədov.
Artırılan vaxt: I hissədə - yoxdur; II hissədə - 5 dəq.
19 mart 2014. Bakı. “Bakcell Arena”. 1200 tamaşaçı.
NEFTÇİ: 1. Pavel Doroşev, 5. İqor Mitreski, 7. Araz Abdullayev (k), 9. Flavinyo, 14. Bahodır Nasimov (3. Denis Silva, 56), 15. Erik Ramos, 16. Bruno Bertuççi, 19. Mirhüseyn Seyidov (23. Ruslan Qurbanov, 68), 27. Məqsəd İsayev, 32. Elvin Yunuszadə, 90. Ernest Nfor (10. Cavid İmamverdiyev, 87).
Ehtiyat oyunçular: 24. Ruzi Qiyaslı, 8. Elşən Abdullayev, 21. Samir Məsimov, 95. Elvin Bədəlov.
Baş məşqçi: Böyükağa Hacıyev.
İNTER: 25. Səlahət Ağayev, 3. Laşa Salukvadze, 7. Ruslan Əmircanov, 9. Aleksandr İaşvili, 15. Yohan Bokonyano, 88. Derlis Meza Kolli, 20. Brüs Abdulaye (8. Mikel Alvaro, 73), 33. Matiya Spiçiç, 28. Baçana Sxadadze (19. Sezar Meza Kolli, 73) (11. Asif Məmmədov, 76), 47. Abdulla Abatsiyev, 70. Vaqif Cavadov (k).
Ehtiyat oyunçular: 1. Georgi Lomaya, 21. Arif Daşdəmirov, 5. Slavço Georgiyevski, 91. Coşqun Diniyev.
Baş məşqçi: Kaxaber Sxadadze.
