20 mart 2014 11:00
Qarabağ 47 gündən sonra məğlub oldu
Ölkə Kubokunun dörddəbir finalının cavab qarşılaşması çərçivəsində öz meydanında “Qəbələ”yə 1:2 hesabı ilə məğlub olmuş “Qarabağ” (ilk oyun: 0:0), son 47 gün ərzinə ilk dəfə məğlub oldu. Azrisport.az xəbər verir ki, “atçılar” son dəfə fevral ayının 1-də TPL çərçivəsində keçirilmiş oyunda “Xəzər Lənkəran”a məğlub olmuşdu.
Ümumiyyətlə, Qurban Qurbanovun yetirmələri bu mövsümdə ikisi Avropa Liqası, üçü milli çempionat, biri Kubokda olmaqla, altı dəfə məğlubiyyət acısı yaşayıblar.
