20 mart 2014 19:22
Millimizin növbəti rəqibi Rumıniya yığmasına qalib gəldi
Bu gün Soçidə gənc qadınlardan ibarət yığma komandalar arasında ənənəvi “Kuban baharı” turniri start götürüb. Azerisport.az xəbər verir ki, “B” qrupunda millimiz ilk rəqibi İsrail yığması ilə qarşılaşıb və komandamız rəqibinə 0:1 hesabı ilə məğlub olub.
Digər oyunda isə Rusiya yığması Rumıniya millisi üzərində 2:0 hesablı qələbə qazanıb.
Millimiz ikinci dövrdə Rusiya yığması ilə qarşılaşacaq. Oyun martın 22-i 16:00-da başlayacaq.
