20 mart 2014 14:22
Daniel Subotiç: Əgər Qarabağı məğlub etmişiksə, istənilən rəqibi məğlub edə bilərik
“Qəbələ”nin hücumçusu Daniel Subotiç ölkə Kubokunun cavab görüşündə “Qarabağ” üzərində qazanılmış qələbəni (2:1; ilk oyun: 0:0) azerisport.az saytına şərh edib:
“Biz mövsümdə ən vacib qələbələrdən birini qazandıq. Uğursuz oyunlar seriyasından sonra, bu qələbə bizə özünəinam gətirəcək. Kubokun yarımfinalına çıxdıq. Təbii ki, bu yarışda qələbəyə iddialıyıq. Yarımfinalda “Xəzər Lənkəran” bizi gözləyir. Əgər komanda “Qarabağ”ı məğlub edibsə, istənilən rəqibi məğlub edə bilər”.
