20 mart 2014 01:44
ÇL-də 1/8 final mərhələsi yekunlaşdı
UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinə yekun vurulub. Azerisport.az xəbər verir ki, ötən gecə baş tutan iki oyunla bütün 1/4 finalçıların adına aydınlıq gəlib.
"Mançester Yunayted" doğma divarlar arasında Yunanıstan təmsilçisi “Olimpiakos”u qəbul edib. Birinci oyunda yunanlara 0:2 hesabı ilə boyun əyən mankunyanlara bu matçda 3 top fərqi ilə qələbə lazımdı. İngiltərə klubu Van Persinin het-triki sayəsində bu çətin vəzifənin öhdəsindən gəlib və növbəti mərhələyə çıxıb.
Gecənin digər matçında isə “Borussiya" (Dortmund) və "Zenit" münasibətlərə aydınlıq gətirib. Almanlar ilk qarşılaşmada Peterburq klubunu 4:2 hesabı ilə devirdiyi üçün bu oyuna rahat çıxıb. Bu arxayınlıqdan irəli gəlir ki, ruslar cavab görüşündən qalib ayrılıblar. Amma top fərqi "Borussiya"nın xeyrinə olduğundan dortmundlular növbəti mərhələyə vəsiqəni rəsmiləşdiriblər.
Qeyd edək ki, adını son 8 klub arasına yazdıranlardan digər altısı “Barselona”, “Bavariya”, PSJ, “Atletiko”, “Real” və “Çelsi”ydi.
Çempionlar Liqası
1/8 final (cavab oyunları)
19 mart
Borussiya (Dortmund) – Zenit - 1:2 (ilk oyun - 4:2)
Qollar: Kel, 38 - Halk, 16, Rondon, 73.
Mançester Yunayted - Olimpiakos - 3:0 (ilk oyun - 0:2)
Qollar: Van Persi, 25-pen; 45; 52.