20 mart 2014 13:33
Neftçi kapitanını əvəzedici heyətə göndərdi
“Neftçi” komandanın kapitanı Rəşad Sadiqovu əvəzedici heyətə göndərib. Azerisport.az saytına klubdan verilmiş məlumata görə, bu addımın səbəbi, təcrübəli yarımmüdafiəçinin cari mövsümün ikinci yarısındakı sönük oyunu olub.
Qeyd edək ki, ölkə Kubokunun “İnter”ə qarşı keçirilmiş cavab oyununda Sadiqov “Flaqman”ın iştirak ərizəsinə belə, salınmamışdı.
