20 mart 2014 13:13
Millimiz İsrailə məğlub oldu
Bu gün Soçidə gənc qadınlardan ibarət yığma komandalar arasında ənənəvi “Kuban baharı” turniri start götürüb. Azerisport.az xəbər verir ki, “B” qrupunda millimiz ilk rəqibi İsrail yığması ilə qarşılaşıb və komandamız rəqibinə 0:1 hesabı ilə məğlub olub.
Xatırladaq ki, millimizin mübarizə apardığı qrupda, həmçinin, Rusiya və Rumıniya yığmaları yer alıb.
