19 mart 2014 11:22
Qəbələnin düşərgəsində altı itki
Azərbaycan Kubokunun 1/4 final mərhələsi çərçivəsində cavab görüşündə "Qarabağ"la (ilk matç: 0:0) qarşılaşacaq "Qəbələ" bu gün paytaxtda, Tofiq Bəhramov adına mərkəzi stadionda oyun öncəsi son məşqinə çıxıb. Azerisport.az xəbər verir ki, baş məşqçi Yuri Syominin rəhbərliyi altında baş tutmuş məşqdə zədəli Dieqo Kosta Silva, Rafael Santos, Omar Kalabane, Nikola Valentiç və Kamran Ağayev yer almayıb.
Bu futbolçularla yanaşı, cəzalı Elnur Allahverdiyevin "Qarabağ"a qarşı oyunda meydançaya çıxmayacağı dəqiqləşib. Hazırlıq prosesi zamanı futbolçular müxtəlif toplu və topsuz çalışmalar yerinə yetiriblər. Məşqə ikitərəfli oyunla yekun vurulub.
Xatırladaq ki, "Qəbələ" "Qarabağ"la martın 19-u 17:00-da paytaxtda üz-üzə gələcək. Oyun "İdman Azərbaycan" telekanalı vasitəsilə canlı yayımlanacaq.
(Klub saytı)
