19 mart 2014 11:11
Mario Alvarez: Bakı sona qədər inadından dönməyəcək
"Bakı"nın futbolçusu Mario Alvarez azerisport.az saytına müsahibəsində Azərbaycan Kubokunda “Rəvan”la görüşdən, çempionatda “Qəbələ” ilə 1:1 hesablı oyundan danışıb:
- “Rəvan”la Azərbaycan Kubokunda 1/4 finalın cavab görüşündə “Bakı”nın şansları daha yüksək qiymətləndirilir...
- Səfərdə 1:0 hesablı qələbəyə görə favorit göstərilmək düzgün deyil. “Rəvan” yaxşı komandadır. Onların heyətində təcrübəli legionerlər az deyil. İşimizi ehtiyatlı tutmalıyıq. Cavab matçında məqsədimiz qələbə qazanmaqdır. İlk oyunu artıq unutmuşuq. Doğma meydanda qələbə qazanmaqla yarımfinala çıxmaq istəyirik.
- “Rəva”n son çempionat matçında “Simur”qa 0:2 hesabıyla uduzub. Bu görüşə baxmısan?
- “Rəvan” Zaqataladakı oyuna 10 əsas futbolçusunu aparmayıb. Bu, o deməkdir ki, komandanı “Bakı” ilə kubok matçı daha çox maraqlandırır. Çempionatda liderlərdən uzaqdırlar. Ona görə bütün ümidləri kubokla bağlıdır. “Rəvan”ın bizə sürpriz hazırlamaq istəyindən xəbərdarıq. Sadəcə, “Bakı” hər şeyə hazır olacaq.
- Azərbaycan Kubokunda uğur qazanmaqla “Bakı” mövsümü sığortalaya bilər. Çünki, çempionluğa şansınız yüksək deyil...
- Premyer Liqada 10 tur qalıb. Bu isə o deməkdir ki, hər komanda heç olmasa 30 xal qazana bilər. Liderlər bir-biri ilə mübarizə aparacaq. Heç bir komanda deyə bilməz ki, xal itirməyəcək. Ona görə “Bakı” sona qədər mübarizə aparacaq. Bizim üçün Azərbaycan Kuboku çempionluq qədər vacib və əhəmiyyətlidir. Komandamızın əsas məqsədi titul qazanmaqla yanaşı avrokuboklara vəsiqə əldə etməkdir.
- Bir qədər çempionatdan danışaq. “Qəbələ” ilə görüşdə qələbə qazana bilmədiniz. Səbəb nə idi?
- İlk olaraq “Qəbəl”ə komandasının adi klub olmadığını deyək. Güclü futbolçuları var. Əzmkar komandadır. Hesabda geri düşməsinə baxmayaraq sona qədər təslim olmurlar. Biz həmin matçda qələbə qazanmağı çox istəyirdik. Amma yaradılan şanslardan istifadə etmədik. “Qəbələ” buna imkan vermədi.
- Vurduğunuz penalti söz-söhbətə səbəb oldu. Səncə penaltini bəxtlə əlaqələndirmək olar?
- Heç bir bəxtdən söhbət ola bilməz. 11 metrlik zərbə futbol qaydalarında var. Qayda pozuntusu oldu və penalti qazandıq. Elvin Məmmədov qolu vuraraq bərabərlik yaratdı. Hesab oyuna görə oldu. 1 xalı layiqli oyunla qazandıq. Bəxtlə əlaqələndirmək düzgün deyil.
- Çempionatda hansı komandaya qarşı oynamaq daha çətindir?
- Bütün komandalara qarşı hörmətimiz var. Sadəcə, “Qarabağ”a qarşı mübarizə aparmaq daha çətindir. Ağdam təmsilçisinin futbolçuları fiziki cəhətdən yaxşı hazırlıqlıdır. Onlar təslim olmağı sevmir. Çempionatda lider olmağa layiq komandadır. Bizim son görüşümüzdə acınacaqlı məğlubiyyət aldıq. Biz 0:4 hesabı ilə uduzmağa layiq deyildik.
- “Bakı” bu heyətlə avrokuboklardan kənarda qalsa, günahkar kim olacaq?
- “Bakı” avrokuboklardan kənarda qalmayacaq. Futbolçularımız mövsümün hədəflərin unutmayıb. Biz Azərbaycanı Avropada təmsil etmək istəyirik. Ona görə bütün məqsədimiz mükafatçılar sırasına düşməkdir. Hazırda rəqabət daha da güclənib. Son turlar daha maraqlı olacaq. “Bakı” sona qədər inadından dönməyəcək.