19 mart 2014 18:35
"Kubokda yolumuzu davam etdirdiyimiz üçün şadam"
Azərbaycan kubokunun 1/4 final cavab oyunları çərçivəsində doğma meydanda “Araz Naxçıvan”la qarşılaşan “Xəzər Lənkəran” rəqibini 1:0 hesabı ilə məğlub edərək növbəti mərhələyə yüksəldi. Azerisport.az xəbər verir ki, oyundan sonra Mustafa Dənizli bunları söyləyib:
“Oyunu artıq ilk hissədə həll edə bilərdik. Vurduğumuz qoldan sonra bir zərbəmiz də qapı tirindən döndü. Kubokda yolumuzu davam etdirdiyimiz üçün şadam. “Araz Naxçıvan” yaxşı komandadı, gələn mövsümdən Premyer Liqada çıxış edəcəklərinə inanıram. Yarımfinal oyunları daha fərqli olacaq. Premyer Liqada da bacardığımız qədər irəliləməyə çalışacağıq”.
