19 mart 2014 18:18
Milinko Pantiç Marius Penadan gileyləndi
“Bakı”nın baş məşqçisi Milinko Pantiç ölkə Kubokunun dörddəbir finalının cavab görüşündə “Rəvan”a qarşı keçirilmiş oyun (ilk oyun: 1:0; cavab oyunu: 0:1, penaltilərlə: 8:9) haqda danışıb. Azerisport.az xəbər verir ki, Pantiç rumıniyalı hücumçu Marius Penanın oyununa toxunub:
“Bu gün Penaya şans verdim, ancaq o, heç nə edə bilmədi. Düşünmürəm ki, “Bakı” onun karyerasının sonudur. Pena dəyişə bilər”.
