19 mart 2014 17:40
Milinko Pantiç: Penaltilər seriyasını heç zaman sevməmişəm
“Bakı”nın baş məşqçisi Milinko Pantiç ölkə Kubokunun dörddəbir finalının cavab görüşündə “Rəvan”a qarşı keçirilmiş oyun (ilk oyun: 1:0; cavab oyunu: 0:1, penaltilərlə: 8:9) haqda danışıb. Azerisport.az xəbər verir ki, Pantiç bunları söyləyib:
“Dediyim ki, çətin oyun oldu. Kubok oyunlarında belə də olur. Şanslarımızı həyata keçirmək lazım idi. Biz isə bunu edə bilmədik və rəqib qələbə qazandı. Penaltilər seriyasına gəlincə, mən özüm də futbolçu olmuşam, penalti vurmuşam. Ancaq bu işi heç vaxt sevməmişəm. Penalti vuruşları zamanı həyəcan keçirdiyim üçün üzümü çevirirdim”.
