19 mart 2014 15:55

KİV üçün açıq məşq keçirildi

Martın 18-də “Vətən” Respublika İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər Futbol Məktəbində tələbələrdən ibarət yığma komandanın KİV üçün açıq məşqi keçirilib. Azerisport.az xəbər verir ki, seleksiya xarakterli məşq zamanı 20 oyunçudan ibarət yığma komandanın heyətinin məşq proseslərində təkmilləşdirilməsi nəzərdə tutulub.
Yığmaya Təhsil Nazirliyi,  Azərbaycan Tələbə Futbol Federasiyası (ATFF) və AFFA-nın birgə təşkilatçılığı ilə ali təhsil müəssisələri arasında futbol üzrə keçiriləcək “Təhsil kuboku”nun iştirakçı komandalarından futbolçular cəlb olunub. Bu yarış çərçivəsində keçiriləcək oyunlarda fərqlənən futbolçular həmçinin yığmaya düşmək şansı əldə edəcək və onlar beynəlxalq turnirlərdə Azərbaycan tələbələrini təmsil etmək hüququ qazanacaqlar. "Təhsil kuboku" çərçivəsində oyunlara isə 2014-cü ilin aprel ayında start veriləcək. Burada uğur qazanan ali məktəb komandaları, həmçinin fərqlənən oyunçular Təhsil Nazirliyi və AFFA tərəfindən mükafatlandırılacaqlar.
Qeyd edək ki, “Azərbaycan Respublikasında 2005-2015-ci illərdə futbolun inkişafına dair Dövlət Proqramı”na uyğun olaraq futbol infrastrukturunun müasir tələblər səviyyəsinə yüksəldilməsi gənclərin futbola marağını artırıb. Təhsil Nazirliyi isə futbolla bağlı məlumatların geniş yayılması və təbliğat işinin gücləndirilməsi məsələlərinə xüsusi əhəmiyyət verməklə,  uşaq, yeniyetmə və gənclərin futbola daha çox cəlb olunması istiqamətində fəal iş aparır.
(ATFF mətbuat xidməti)

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.