19 mart 2014 15:48
Millimiz sabah İsrail yığması ilə qarşılaşacaq
Sabah Soçidə gənc qadınlardan ibarət yığma komandalar arasında ənənəvi “Kuban baharı” turniri start götürür. Azerisport.az xəbər verir ki, “B” qrupunda yarışacaq millimizin ilk rəqibi İsrail yığması olacaq.
Oyun 10:00-da başlayacaq.
Xatırladaq ki, millimizin mübarizə apardığı qrupda, həmçinin, Rusiya və Rumıniya yığmaları yer alıb.
