Qalatasaray dayandı, Real 1/4 finalda
UEFA Çempionlar Liqasının 1/8 final mərhələsinin növbəti cavab oyunları keçirilib. Azerisport.az xəbər verir ki, ötən gecə daha iki 1/4 finalçı müəyyənləşib.
"Qalatasaray" Londonda "Çelsi"nin qonağı olub. Bu komandalar arasında İstanbulda baş tutan oyun 1:1 hesabı ilə yekunlaşmışdı. "Stemford Bric"dəki qarşılaşmada isə "Çelsi" inamlı qələbə qazanıb. Bununla da İngiltərə 1/4 finala vəsiqə əldə edib. "Qalatasaray"ın isə bu mövsümlük Avropa macərası başa çatıb.
Günün digər oyununda isə "Real" "Şalke"ni qəbul edib. Bu komandalar arasında Almaniyada baş tutan ilk oyunda "Kral Klubu" 6:1 hesablı qələbə qazanmışdı. Madrid təmsilçisi evdəki matçda da rəqibinə şans verməyib.
Çempionlar Liqası
1/8 final (cavab oyunları)
18 mart
Çelsi (İngiltərə) - Qalatasaray (Türkiyə) - 2:0
Qollar: Eto`O, 4, Keyhill, 42.
Real (İspaniya) - Şalke (Almaniya) - 3:1
Qollar: Ronaldo, 21; 74, Morata, 75 - Huqland, 31.
