19 mart 2014 00:46
Üçü paytaxtda, biri bölgədə
Bu gün Azərbaycan Kubokunun 1/4 final mərhələsinin cavab oyunları keçiriləcək. Azerisport.az xəbər verir ki, oyunların 1-i bölgədə, 3-ü isə paytaxtda baş tutacaq.
Günün ilk qarşılaşmasında "Rəvan" "Bakı" ilə üz-üzə gələcək. "Aslanlar" kubokun öncəki turunda "Qaradağ Lökbatan"ı 5:2 hesabı ilə məğlubiyyətə uğradaraq 1/4 final mərhələsinə vəsiqə qazanmışdı. "Bakı" isə "Sumqayıt" üzərində 2:1 hesablı qələbəyə nail olmuşdu. Bu komandalar kubok yarışlarında cəmi bir dəfə üz-üzə gəlib. 2 mövsüm əvvəl 1/8 finalda qarşılaşan rəqiblərin duelinin taleyini penaltilər seriyası həll etmişdi. Həmin vaxt “Bakı” mərhələ adlamışdı. 0:0 hesabı ilə bitən matçın penaltilər seriyasında "Bakı" 3:2 hesablı qələbəyə sevinmişdi. Ötən həftə komandalar arasında Bayılda baş tutan qarşılaşmadan Milinko Pantiçin komandası minimal hesablı qələbə ilə ayrılmışdı. Turnir cədvəlinin 5-ci pilləsində qərarlaşan "Bakı" Avropaya gedən ən asan yolun kubok olduğunu bildiyi üçün qələbəyə çalışacaq. Səfər qələbəsini də nəzərə alsaq, ilk oyunda olduğu kimi, cütün favoritinin "Bakı" olduğunu qeyd etmək olar. Qeyd edək ki, ilk qarşılaşma 1:0 hesabı ilə "Bakı"nın xeyrinə yekunlaşmışdı.
Növbəti qarşılaşma Lənkəranda keçiriləcək. "Araz Naxçıvan" səfərdə "Xəzər Lənkəran"la üz-üzə gələcək. 1/4 final mərhələsinə yüksəlmək üçün Naxçıvan klubu 1/16 final mərhələsində "Ağsu"nu (1:0), 1/8 final mərhələsində isə elita təmsilçisi olan "Simurq"u (0:0; penaltilərlə 4:2) yarışdan kənarlaşdırmışdı. Mustafa Dənizlinin komandası isə yalnız "Neftçala" üzərində inamlı qələbə qazanıb - 4:0. "Araz Naxçıvan"ın bu il yarandığını nəzərə alsaq, komandanın 1-ci divizionda göstərdiyi nəticəni qiymətləndirməmək olmaz. Kubokda isə divizion təmsilçisinin bu uğurunu qənaətbəxş hesab etmək olar. Çünki kubok uğrunda yarışlarda qalan tək divizion nümayəndəsi Naxçıvan klubudu. Premyer Liqanın 7-ci pilləsində qərarlaşan "Xəzər Lənkəran" bu mövsüm demək olar ki, çempionluqdan əlini üzüb. Bu səbəbdən komandanın 10 illiyində qazanacağı tək mükafat kubok ola bilər. Həm də bu kubokun Avropaya gedən yeganə yol olduğunu nəzərə alsaq, cənub klubunu bu görüşün favoriti adlandırmaq olar. İlk görüşdə səfərdə qollu heç-heçə də (1:1) Mustafa Dənizlinin komandasının lehinədi.
Günün növbəti qarşılaşması Bakıda baş tutacaq. Premyer Liqanın lideri olan "Qarabağ"la 3-cü yerdə gedən "Qəbələ" növbəti mərhələyə vəsiqə uğrunda vuruşacaq. Səfərdən qolsuz heç-heçə ilə dönən Ağdam klubu bu görüşdən qələbə ilə ayrılıb, mərhələ adlamağa çalışacaq. "Qızıl dubl" hədəfləyən Qurban Qurbanovun komandasının qələbə qazanmaqdan başqa çıxış yolu yoxdu. Çünki istənilən hesablı heç-heçə qonaqlara sərf edəcək. Yuri Syominin komandası isə çempionatda qalib gələ bilmədiyi komanda üzərində qalibiyyəti kubokda bayram etməyə çalışacaq. Onu da xatırladaq ki, "Qəbələ" bu mərhələyə gəlmək üçün "Mil-Muğan"a (2:1), "Qarabağ" isə AZAL-a (1:0) qalib gəlib.
Mərhələnin son oyununda isə iki paytaxt təmsilçisi olan "Neftçi" və "İnter" üz-üzə gələcək. Hər iki komandanın ölkə çempionluğu şanslarının az olduğunu nəzərə alsaq, komandaların kuboka daha çox diqqət ayıracağını demək olar. Cütlük arasında keçirilən ilk görüşdə qollu bərabərlik qeydə alınmışdı - 1:1. Oyunun "Bakcel Arena"da keçiriləcəyini və "Neftçi"nin ilk oyunda səfərdə qol vurduğunu nəzərə alsaq, bu cütün favoriti kimi "ağ-qaralar"ı göstərmək olar. Lakin çempionluqdan uzaq düşən "bankirlər" də Avropa arenasına yol açmaq üçün görüşdən sərfəli nəticə ilə ayrılmağa çalışacaq.
Azərbaycan Kuboku
1/4 final (cavab oyunları)
19 mart
14:00. Bakı – Rəvan
AFFA nümayəndəsi: Sakin Məmmədzadə.
Hakim-inspektor: Gülağa Cabarov.
Bakı. "Bakı" FK-nın təlim-məşq bazasının stadionu.
16:00. Xəzər Lənkəran – Araz Naxçıvan
AFFA nümayəndəsi: Oqtay Abdullayev.
Hakim-inspektor: Əli Hüseynov.
Lənkəran. “Xəzər Lənkəran”mərkəzi şəhər stadionu.
17:00. Qarabağ – Qəbələ
AFFA nümayəndəsi: Telman Əzizov.
Hakim-inspektor: Məlik Həsənov.
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu.
19:00. Neftçi – İnter
AFFA nümayəndəsi: Əsgər Əmirəliyev
Hakim-inspektor: Xaqani Məmmədov
Bakı. "Bakcell Arena".