19 mart 2014 14:33
Xəzər Lənkəranın oyununa pulsuz dəvət
Ölkə kubokunun dörddəbir final cavab görüşündə “Araz Naxçıvan”a qarşı keçiriləcək oyun ərəfəsində “Xəzər Lənkəran” rəhbərliyi azarkeşləri üçün xoş sürpriz hazırlayıb. Azerisport.az xəbər verir ki, klub rəhbərliyinin təşəbbüsü ilə bu oyuna bilet satışı olmayacaq və istənilən azarkeş oyunu pulsuz izləyə biləcək.
