19 mart 2014 01:33
Almaniya KİV-i Tuğrul Eratdan yazdı
Almaniya İkinci Bundesliqasının 25-ci turu çərçivəsində keçirilmiş oyunda Düsseldorf “Fortuna”sının “Sankt-Pauli”yə məğlubiyyətini şərh etmiş Almaniya KİV-i millimizin yarımmüdafiəçisi Tuğrul Eratın oyununa toxunub. Azerisport.az Almaniya KİV-nin fikirlərinin diqqətinizə çatdırır:
“Oyundan sonra məşqçi Lorenz-Günter Kestner öz yetirmələrini eqoizmdə günahlandırıb ki, bu eqoizm də, məğlubiyyətin səbəblərindən biridir (söhbət hücumçu Çarlison Benshopdan gedir ki, açıq mövqedə dayanmış Ervin Hofferə ötürmə vermək əvəzinə, hücumu özü yekunlaşdırmağı qərara aldı və rəqibi aldatmağa cəhd etsə də, qapıçı diqqətli idi - qeyd). Bununla belə, Hoffer və Tuğrul Eratın meydanda fəaliyyətini qeyd etməyə dəyər. Onların topa hər toxunuşu tamaşaçıları ayağa qaldırıb uğur intizarında saxlayırdı”.
