19 mart 2014 13:33
Daniel Subotiç: Qarabağ yaxşı komandadır, ancaq futbolda məğlubedilməz yoxdur
"Qəbələ"nin futbolçusu Daniel Subotiç azerisport.az saytına müsahibəsində "Bakı" ilə matçdan, komandasının oyunundan, penalti epizodundan və Kubok uğrubca cavab qarşılaşmasından danışıb:
- "Bakı" ilə oyundan razı qalmadınız. Matçdan sonra əsəbi olmağınız bu fikri söyləməyə əsas verir...
- Görüşün ilk hissəsi çətin keçdi. Bir qədər hücum etmək alınmırdı. Fasilədən sonra daha yaxşı oynadıq və hesabı açdıq. Qəbələ bir sıra komponentlərdə Bakını üstələdi. Bu gün qələbə qazanmalı idik. Sadəcə, bəxtimiz gətirmədi. Rəqib son dəqiqələrdə qol vurmaqla 1 xal qazandı. Biz isə iki xal itirdik. Bu görüş başqa nəticə ilə başa çatmalı idi.

- Penalti epizodu ilə bağlı narazılıq bildirdiniz. Deyəsən, hakimlə razı deyildiniz?
- Həmin epizoda görə penalti vermək düzgün olmazdı. Antalyada təlim-məşq toplanışında hakimlərlə bağlı seminarımız olub. Orada deyirdilər ki, belə anlarda FIFA özü də penalti təyin etməyi tövsiyə etmir. Penalti oyunun gedişinə təsir etdi. Fikrimcə, penalti olmamalı idi.

- Amma top əlinə dəymişdi...
- Top əlimə dəymişdi. Lakin bu epizodda top əli tapdı. Mən bilərəkdən topu əlimlə saxlamadım. Əgər buna görə penalti verirlərsə, daha sözüm yoxdur. Axı biz Avropa meydanlarında keçirilən görüşlərə baxırıq. Zərbə zamanı top özü gəlib əlimə dəydi. Ona görə penalti vermirlər.

- İstənilən halda "Qəbələ" son turlar qələbə qazana bilmir. Problem nədədir?
- Problem yoxdur. Sadəcə bəxtimiz gətirmir. Komandamız yaxşı futbolçulardan formalaşıb. Xal itkilərinə baxmayaraq, mükafatçılar sırasına düşmək şansımız var. Hər oyunda qələbə üçün meydana çıxırıq. Çoxlu sayda qol vəziyyəti yaratsaq da, nəticə xeyrimizə olmur. Özümüzə sona qədər inanmalıyıq.

- Azərbaycan Kubokunda cavab matçında Qarabağın qonağı olacaqsınız. Şanslarınız necədir?
- Qəbələnin yarımfinal şansları yüksəkdir. Qol vurub qələbə qazanmaq lazımdır. İndidən nəticəni düşünmək lazım deyil. Biz məqsədimiz həm kubokda, həm də çempionatda irəliləməkdir. “Qəbələ” avrokuboklarda Azərbaycanı təmsil etməlidir. Biz bunu oyunumuzla qazanmalıyıq. Kubok görüşünə köklənəcəyik.

- Qarabağı dayandırmaq çətin olacaq. Bu komanda “Bakı” və “İnter”ə böyük hesabla qalib gəldi...
- Qarabağ Azərbaycanın ən yaxşı komandalarından biridir. Onlara qarşı xüsusi hazırlaşmaq lazımdır. Onların lider olması səbəbsiz deyil. Cari mövsüm Qarabağ gözəl futbol oynayır və əksər favoritlər üzərində qələbə qazanır. Amma futbolda məğlubedilməz komanda yoxdur. Biz Azərbaycan Kubokunda yarımfinala çıxmaq istəyirik.