18 mart 2014 12:28
Qurban Qurbanov: Qəbələyə qarşı oynayacaq heyəti müəyyən etməmişəm
“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov azerisport.az saytına açıqlamasında komandasının ölkə Kubokunun dörddəbir finalı çərçivəsində “Qəbələ”yə qarşı keçiriləcək cavab oyunundan (ilk oyun: 0:0) danışıb:
“Bizə kubok oyunu üçün yenidənqurma etmək lazımdır. Çünki, bu yarış Premyer Liqadan fərqlənir. Hətta baxmayaraq ki, bizə yaxşı tanış olan rəqibə qarşı oynayırıq. Səfər heç-heçəsi bizə arxayınlamaq imkanı vermir. Bizi çətin oyun gözləyir. Hansı heyəti buraxacağımı hələlik müəyyən etməmişəm. Kimin hansı vəziyyətdə olacağına baxacağıq. Həkimlə məsləhət edəcəyəm. Bəlkə kiməsə istirahət lazımdır. Kiminsə bəlkə kiçik zədəsi var. Heyətdə istənilən dəyişikliklər baş verə bilər”.
