18 mart 2014 11:33

Kamran Ağayev: Mənim nə Rednik, nə də Pantiçlə problemim olmayıb

“Qəbələ”nin qapıçısı Kamran Ağayev azerisport.az saytına müsahibəsində “Bakı” ilə oyundan, komandanın uğursuzluq zolağına düşməsindən danışıb:

- Bakı ilə oyunda “Qəbələ” növbəti dəfə 2 xal itirdi. Problem nədədir?
- Komandanın oyununu təhlil etməliyik. Yalnız bundan sonra danışmaq olar. Nəticə barədə tələsik danışmaq düzgün deyil. “Qəbələ” də qələbə qazanmaq istəyirdi. Alınmadı.

- Keçmiş komandana qarşı oynamaq çətin deyildi?
- Mən oynadığım hər bir komandanın uğurları üçün çalışıram. Gördüyünüz kimi, “Bakı” ilə aramızda heç bir problem yoxdur. Matçdan sonra meydanın yaxınlığında Milinko Pantiçlə görüşdük. Narazılıq yoxdur.

- “Bakı”dan ayrılanda deyirdilər ki, Pantiç səni komandada saxlamaq istəməyib...
- Çox söz deyilir. Əvvəl deyirdilər, guya Redniklə problemim var. Mənim nə Rednik, nə də Pantiçlə problemim olmayıb. 

- Zədən nə dərəcədə ciddidir?
- Yəqin, bir həftə oynamayacağam. Kubok matçında çıxış etməyim sual altındadır. Həkimlərdən asılıdır. İmkan olsa, hər zaman oynamağa hazıram. “Bakı” ilə oyunda da ağrılar var idi, amma demirdim.

- Qış transfer pəncərəsindən sonra “Qəbələ” özünə bənzəmir...
- Komandamız hər oyuna qələbə üçün çıxır. Qarşıda 10 tur var. İndidən yekun barədə danışmaq olmaz. Avrokuboklara düşmək özümüzdən asılıdır. Mübarizə aparıb xal qazanmaq lazımdır.

- Mayda yığmanın ABŞ millisinə qarşı yoxlama görüşü var. Rəqib mundialın iştirakçısıdır...
- İndi fikrimiz çempionatdadır. Ona görə çox müsahibə vermək istəmirəm. Biz oyunumuzu oynayırıq. Sözümüzü meydanda deməliyik. 

- Azarkeşlərə millinin qapıçısının fikri maraqlıdır. Ona görə bu qədər sual veririk...
- Başa düşürəm. Amma danışmaq istəmirəm. Mənim üçün indi vacib, “Qəbələ”nin uğur qazanmasıdır. Ona görə hər oyunda formada olmağa çalışıram.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.