18 mart 2014 19:00
Elnur Abdullayev: Heç bir sensasiya olmayacaq
“Xəzər Lənkəran”ın yarımmüdafiəçisi Elnur Abdullayev azerisport.az saytına müsahibəsində ölkə Kubokunun dörddəbir final cavab qarşılaşması çərçivəsində “Araz Naxçıvan”a qarşı keçiriləcək oyundan haqda danışıb:
- Sabah keçiriləcək oyun haqda nə düşünürsünüz?
- Düşünürəm ki, hələ birinci oyunda anlaşılmazlıq yaşandı. Biz qalib gəlməli idik. Sabah hər şey yoluna düşəcək. Kubok - əsas məqsədimizdir.

- Mümkün və yeganədir. Axı klubunuzun Premyer Liqadan avrokuboklara düşmək şansı yarış cədvəlinin ilk sıraları uğrunda mübarizə baxımından hər halda, şübhəlidir.
- Hələlik mükafatçıların yerləri uğrunda mübarizə üçün riyazi şanslar var. Ən azı, yarış cədvəlində yüksəlməliyik. Ancaq mövsümü Kubokdan xilas etmək daha realdır.

- “Araz Naxçıvan cavab oyununda sizə çətinlik vəd edir və az qala, sensasiyadan dəm vururlar. Sensasiya gözləməyə dəyər? Axı bu mövsümdə Lənkəranda sensasiyalar az olmayıb.
- İnanmıram ki, sabah sensasiya olacaq. Sabah yüz faiz qalib gəlməliyik.

- Yarışı mümkün tərk etmək ehtimalı “Xəzər Lənkəran” tərəfindən necə qarşılanar?
- Mərhələni keçək, borcumuzdur. Birinci divizion klubundan məğlubiyyəti özümüzə bağışlamarıq. Bu o demək deyil ki, mən rəqibi kiçildirəm, yox.

- Bəs komandada ab-hava necədir? Hər halda, “Araz Naxçıvan” mövsümün tapşırığını demək olar ki, yerinə yetirib. Sizin komandanız isə ümidini kuboka bağlayıb.
- Komandada ümumi uğura inanırlar. Heç bir depressiya yoxdur. Son vaxtlar bir səhvimiz var: Müdafiədə kobud səhvlər. Komanda qol vurur, ancaq bəzən elə qollar buraxır ki... Heç kimi günahlandırmaq istəmirəm. İstənilən nəticədə komanda günahkardır. Bəzən sadəcə, bəxtimiz gətirmir. Futbol uğuru aşkarca, bizim tərəfimizdə deyil.