18 mart 2014 15:44
Güvənc Kurtar: Normal hakim təyin edilsə, Bakını məğlub edərik
“Rəvan”ın baş məşqçisi Güvənc Kurtar azerisport.az saytına açıqlamasında ölkə Kubokunun dörddəbir finalı çərçivəsində “Bakı”ya qarşı keçiriləcək cavab oyunu haqda fikirlərini bildirib (ilk oyun: 0:1):
“Şanslarımız varmı? Öz meydanımızda məğlub olmağımız qorxulu deyil. Onları səfərdə məğlub etməyə cəhd edəcəyik. Düzdür, əgər normal hakim təyin etsələr. İlk oyunda məhz hakim bizə oyunu qazanmağa mane oldu. Yaxşı hakimin təyin ediləcəyini gözləyirik. O, bizə oyunu öz gücümüz daxilində qazanmağa imkan verəcək”.
