18 mart 2014 13:40
İki məşqçiyə 10, klub prezidentinə 5 oyunluq cəza
Bu gün İntizam Komitəsinin iclasında Birinci Divizionda baş vermiş neqativ hallara dair cərimə və cəzalar açıqlanıb. Azerisport.az AFFA İK-nın qərarlarını diqqətinizə çatdırır:
Azərbaycan I Divizionunun XXI turunun “Lokomotiv” - “Mil-Muğan” matçında “Lokomotiv” klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 100 manat cərimə olunub.
Oyun başa çatdıqdan sonra “Mil-Muğan” klubunun baş məşqçisi Mətləb Məmmədov və məşqçisi Səbuhi Məmmədov hakimləri təhqir etdiyinə və onlara fiziki təsir göstərməyə cəhd etdiyinə görə hər iki məşqçi 10 oyunluq cəzalanır, klub 2000 manat cərimə olunur. Cəza müddəti dövründə adıçəkilən məşqçilərin “Mil-Muğan” klubunun iştirakı ilə keçirilən matçlarda stadiona girişinə qadağa qoyulub.
Azərbaycan I Divizionunun XXI turunun “Neftçala” - “Qaradağ Lökbatan” matçında hər iki klubun 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 100 manat cərimə olunub.
Oyunun 19-cu dəqiqəsində “Qaradağ Lökbatan” klubunun prezidenti Tahir Mustafayev hakimləri təhqir etdiyinə görə 5 oyunluq cəzalanır, klub 500 manat cərimə olunub.
Oyunun 90+3-cü dəqiqəsində “Qaradağ Lökbatan” klubunun 5 №-li futbolçusu Musa Rəhimov rəqibi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 3 oyunluq cəzalanır, klub 200 manat cərimə olunub.
Oyunun 90+3-cü dəqiqəsində “Qaradağ Lökbatan” klubunun məşqçisi Nasim Əhmədov texniki zona qaydalarını pozduğuna görə meydandan kənarlşadırıldığı üçün 1 oyunluq cəzalanır, klub 100 manat cərimə olunub.
Azərbaycan I Divizionunun XXI turunun “Ağsu” - “Turan-T” matçında “Ağsu” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 100 manat cərimə olunub.
Oyunun 7-ci dəqiqəsində “Turan-T” klubunun 12 №-li futbolçusu Mehman Hacıyev sonuncu ümid fouluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır, klub 20 manat cərimə olunub.
Azərbaycan I Divizionunun XXI turunun “Bakılı” - “Karvan” matçında “Bakılı” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 100 manat cərimə olunub.
Oyunun 85-ci dəqiqəsində “Bakılı” klubunun 94 №-li futbolçusu Elvin İsmayılov hakimi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə alaraq, meydandan kənarlaşdırıldığı üçün futbolçu 3 oyunluq cəzalanır, klub 200 manat cərimə olunub.
(PFL)
