18 mart 2014 13:33
Pirotexniki vasitələr Neftçini 1000 manat ziyana saldı
Bu gün İntizam Komitəsinin iclasında TPL-in 26-cı turu çərçivəsində baş vermiş neqativ hallara dair cərimə və cəzalar açıqlanıb. Azerisport.az AFFA İK-nın qərarlarını diqqətinizə çatdırır:
Topaz Premyer Liqasının XXVI turunun “Neftçi” - AZAL matçının 14-cü dəqiqəsində “Neftçi” klubunun azarkeşləri tərəfindən pirotexniki vasitələrin istifadə edildiyi üçün klub 1000 manat cərimə olunub.
Əvəzedici heyətlərin XXVI turunun “Simurq” - “Rəvan” matçında “Rəvan” klubunun 6 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 500 manat cərimə olunub.
Əvəzedici heyətlərin XXVI turunun “Neftçi” - AZAL matçında “Neftçi” klubunun 5, AZAL klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klublar 500 manat cərimə olunub.
Əvəzedici heyətlərin XXVI turunun “İnter” - “Qarabağ” matçında “İnter” klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 500 manat cərimə olunub.
Oyunun 87-ci dəqiqəsində “Qarabağ” klubunun 23 №-li futbolçusu Tural İsgəndərov idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq, meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır, klub 100 manat cərimə olunub.
(PFL)
