18 mart 2014 13:13
Nuran Qurbanov: Heç bir legioner mənə əl qaldırmağa cürət edə bilməz
“Qəbələ”nin futbolçusu Nuran Qurbanov azerisport.az saytına kiçik müsahibəsində TPL-in 26-cı turu çərçivəsində “Bakı”ya qarşı keçirilmiş oyun (1:1) haqda danışıb:
“Yaxşı oyun keçirdik və qalib gəlməli idik. Əgər son dəqiqələrdə vurulmuş qol olmasaydı, “Bakı”dan üç xal aparardıq. Mən həmçinin, oyundan sonra, paltardəyişmə otağında legionerlərin məni döyməyə cəhd etməsi haqda yayılmış məlumatı təkzib etmək istəyirəm. Guya buna səbəb, oyunda mənim ötürmə əvəzinə qapıya zərbə qərarım olub. Gəlin, buradan başlayaq ki, meydan nə olur, meydanda da qalır. Mənə kimlərinsə hücum çəkməyinə gəlincə, deyim ki, mənə heç bir kəlmə söz də deyən olmayıb. “Qəbələ”də belə bir şeyin olması real deyil. Şəxsən mənə gəlincə, heç bir legioner mənə əl qaldırmağa cürət edə bilməz. Ən azı, mən buna icazə vermərəm. Ümumilikdə, komandada ab-hava yaxşıdır. Yerli və əcnəbi futbolçular arasında problem yoxcdur”.
